Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin əməkdaşları Elməddin Cəfərov və Təbriz Nəsibov tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdirləri və əməkdaşları üçün təlim keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyul tarixində verir.
"Elektron sənəd dövriyyəsi sisteminin təşkili" mövzusunda keçirilən təlimdə Regional Təhsil İdarələrində daxili sənədlərin düzgün formada qeydiyyatı və çıxışı, ETN-dən daxil olan ərizələrə və məktublara düzgün formada cavabların hazırlanması, ETN-dən daxil olan cavablandırılmayan ərizə və məktubların düzgün formada bağlanma prosesi və digər mövzular barədə iştirakçılar məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
[caption id="attachment_41354" align="alignnone" width="336"]
Lənkəran - Astara Regional Təhsil İdarəsi[/caption]