Lənkəranda Dual Peşə Təhsil Proqramının yekun konfransı keçirilib.Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində təşkil edilən tədbirdə 40-a qədər özəl sektor şirkəti, dual proqramın məzunları və mentorları və digər təşkilatçı qurumların rəsmiləri iştirak ediblər.
Dual təhsil proqramı zamanı tələbələr təhsillərini peşə təhsili və təlimi müəssisələrində davam etdiriblər və eyni müddətdə peşə sahələrinə uyğun olaraq, özəl sektor şirkətlərində praktiki təcrübə əldə ediblər.
Layihə sayəsində Cəlilabad, Lənkəran və digər şəhərlərdən 573 tələbə bu proqramda iştirak edib və məzunların 70%-dən çoxu təcrübədə olduğu şirkətlərdən iş təklifi alıb.
Konfransda Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi və yerli işəgötürən təşkilatlar iştirak edib.