Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində DSX-yə istinadən verir.
Aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 42 kiloqram 970 qram narkotik vasitə marixuana və 12 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.