DSX-nin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri Lənkəran reydində, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildə narkotik aşkar edib. Bu haqda bu gün, 12 fevral tarixində Cenublu.az xəbər verir.
Belə ki, sahildən 14.2 mil məsafədə sənaye üsulu ilə lövbərə bağlanmış 3 ədəd kisədə ümumi çəkisi 14 kiloqram 110 qram “marixuana” tapılaraq müsadirə edilib.
Fаktla bağlı tədbirlər dаvаm etdirilir.