Lənkəranda Dövlət Miqrasiya Xidməti tərəfindən səyyar xidmət təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 may tarixində verir.
Görüş həssas kateqoriyadan olan şəxslər üçün həyata keçirilib. Burada Lənkəran, Masallı və Astarada yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.
Səyyar xidmət zamanı şəxslərin yaşadıqları ünvanlarda müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı arayış və digər sənədlər təqdim edilib. Həmçinin onlardan müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib və müraciətlərə uyğun tələb olunan sənədlərin siyahısı izah edilib.