Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı və Masallı rayonlarında “Dini etiqad azadlığı və dini radikalizm” mövzusunda tədbirlər baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində verir.
Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın nümayəndələri, “Gənclər Evi” SXM-in nümayəndələri, məşqçi-müəllimlər də olmaqla, ümumillikdə 124 nəfər iştirak edib.
Çıxışlardan sonra nümayəndələr gənclərin suallarını cavablandırıblar.