Dövlət İmtahan Mərkəzi (DİM) leriklı məktəbli Rasəf Həsənli ilə bağlı açıqlama verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyun tarixində Oxu.az-a istinadən verir.
"Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır", – deyə DİM-dən bildirilib. Qeyd olunub ki, adıçəkilən şəxs – Rasəf Həsənli, ümumiyyətlə, imtahanda iştirak etməyib.
Rasəf Həsənli özü də açıqlamasında barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir.
Xatırladaq ki, xəbəri ilk olaraq Baku.ws paylaşıb.