Masallının ucqar dağ relyefli ərazidə yerləşən Dico və Ulum kəndlərinə elektrik enerjisinin çəkilişi reallaşdırılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 fevral tarixində Masallı Xəbərləri-nə istinadən verir.
Belə ki, rayon mərkəzindən 20-25 km uzaq məsafədə yerləşən Miyankü İƏD-yə daxil olan Dico və Ulum kəndlərinin yaxın zamanda elektrik enerjisi ilə təmin olunması prosesinə başlanılacaq.
Qeyd edək ki, Miyankü kəndindən 6 km uzaqda yerləşən Dico və Ulum kəndlərinin sakinləri yolsuzluq və elektrik enerjisinin olmamasından əziyyət çəkirdilər. Hər iki kənd bu səbəblərdən tamamilə boşalıb. Hal-hazırda Dico kəndində bir, Ulum kəndində isə iki ailə yaşayır.