Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətdən Cenublu.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 13 mm, Lerikdə 9 mm, Yardımlı və Lənkəranda 6 mm, Biləsuvarda 4 mm, Neftçala, Sabirabad və Salyanda isə 1 mm-dir.
Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.