Cəlilabad rayonunun bir sıra yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Cenublu.az xəbər verir ki, buna səbəb planlı təmir işlərinin aparılmasıdır.
Belə ki, 17 sentyabr tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək Cəlilabad rayonu üzrə 3165 abonentin qaz təchizatında fasilə yaranacaq. Fasilə Cəlilabad şəhərinin Səttərxan 1 və 2, Həzi Aslanov və Məhəmməd Hadi küçələrini, həmçinin Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndlərini əhatə edəcək.