Cəlilabadda 1 yaşlı uşaq yanıq xəsarətləri alıb.
Lent.аz xəbər verir ki, hadisə Alar kəndində qeydə alınıb.
Kənd sakini 2025-ci il təvəllüdlü Əli İzzət oğlu Quluzadənin üzərinə yaşadığı evdə isti su tökülüb. Xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.