top
Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı
21 sentyabr 2026, 11:15
- ↺ +

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

Cenublu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Bildirilib ki, 2019-cu ilin aprel ayında Cəlilabadın Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

"Müraciət əsasında Nadir Məmmədovun itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış araşdırmanın nəticələri üzrə toplanmış material üzrə Cəlilabad rayon prokurorluğunda 8 avqust 2019-cu il tarixdə cinayət işi başlanılıb.

İş üzrə aparılmış ibtidai istintaq zamanı çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri icra olunub, lakin görülmüş tədbirlərə baxmayaraq, həmin dövrədək Nadir Məmmədovun olduğu yeri aşkarlamaq mümkün olmadığından, cinayət işi üzrə icraat sonuncu dəfə 18 oktyabr 2022-ci il tarixdə dayandırılıb.

Sonrakı dövrdə Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla davam etdirilən koordinasiyalı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən toplanmış sübutların qarşılıqlı və hərtərəfli təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin qəsdən adam öldürmə cinayəti ilə əlaqəli olduğu təsdiqlənib" .

İbtidai istintaqla Nadir Məmmədovun əvvəldən tanıdığı 1959-cu il təvəllüdlü Ələkbərov Ramiz Dadaş oğlu tərəfindən ondan qisas almaq məqsədilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

"Belə ki, 23 mart 2019-cu il tarixdə Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhəri ərazisində idarə etdiyi avtomobilə əyləşdirərək Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə aparıb.

Həmin gün təxminən saat 22 radələrində avtomobildə əyləşən Nadir Məmmədovu boğaraq qəsdən öldürən Ramiz Ələkbərov törətdiyi cinayəti gizlətmək məqsədilə onun meyitini həyətyanı sahədə yerləşən istifadəsiz su quyusuna atıb.

20 sentyabr 2026-cı il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin Məcəllənin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilib.

Ramiz Ələkbərov həmin tarixdə cinayət işi üzrə  şübhəli şəxs qismində tutulub və müdafiəçisinin iştirakı ilə dindirilərkən ona elan edilmiş ittiham üzrə ifadə verərək cinayətin törədilməsini etiraf edib.

Həmçinin Ramiz Ələkbərovun iştirakı ilə hadisə yerinə baxış keçirilərkən, onun əyani olaraq göstərdiyi istifadəyə yararsız su quyusunda qazıntı işləri aparılıb və qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, aidiyyəti dövlət qurumları, o cümlədən Daxili İşlər Orqanları ilə birgə kompleks tədbirlər davam etdirilir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər