Lənkəran, Astara, Yardımlı və Cəlilabad rayonlarında qeyri-yaşayış obyektlərinin su və kanalizasiya sisteminin araşdırma və topoqrafik planlama işləri həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində verir.
Planlama işləri layihələndirilmə məqsədilə Geodeziya və Su təchizatı sistemlərinin layihələndirilməsi və ekspertizası şöbələrinin mütəxəssisləri tərəfindən təşkil olunub.