top
Cənub: iki rayon arasında arı qalmaqalı yaşanıb
16 iyul 2022, 00:09
- ↺ +

Cənub: iki rayon arasında arı qalmaqalı yaşanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara arıçıları qanunsuz olaraq gecə vaxtı arıları Biləsuvar rayonuna gətirib və burada yerləşdiriblər. Bununla bağlı Biləsuvar Rayon Fermerlər Şurasının və arıçıların rayon təşkilatının sədri Hacı Gülağa Hüseynov şikayətini Qafqazinfo.az-a bildirib.

Onun sözlərinə görə, bu vəziyyət artıq 3-4 ildir davam edir. “Bu hal arıçılıq haqqında qanunun kobud şəkildə pozulması deməkdir. Bizim arılarımızda xəstəlik riski yaranır və sort qarışıqlığı olur”, - deyə o bildirib.

“Məsələ ilə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etmişəm. Onların sədri zəng edərək faktı təsdiqlədi - Astaradan qanunsuz miqrasiya olunur. Sədr Etibar Abbasov bildirib ki, iki dəfə iclas keçirib və arıların Biləsuvar rayonu ərazisinə aparılmasının qeyri-qanuni olduğunu söyləyib. Lakin, buna baxmayaraq, yenə də gətirirlər. Biləsuvar rayon Polis Şöbəsinə və İcra Hakimiyyətinə də müraciət etmişəm. Ancaq şəxsin kim olduğunu tapa bilmirlər”, - deyə Hüseynov əlavə edib.

Biləsuvar Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, arılar gecə saatlarında Astaradan gətirilərək Biləsuvardakı torpaq sahələrində yerləşdiriliblər. Bunun üçün də əvvəlcədən torpaq sahibləri ilə razılaşıblar. Amma bütün bunlar tam qanunsuzdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 16 nömrəli qərarına əsasən, Astara arıları yalnız Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarına miqrasiya oluna bilərlər. Onların Biləsuvara miqrasiyası yolverilməzdir. Buna səbəb isə iqlim şəraitinin müxtəlifliyidir.

Son xəbərlər

Siyasət
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 13-cü günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Bütün xəbərlər
Dünən, 17:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Bütün xəbərlər
Dünən, 16:25

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq - EKSKLÜZİV

Bütün xəbərlər
Dünən, 15:50

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 15:15

Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Bütün xəbərlər
Dünən, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:00

Cəlilabadlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 13:20

9 il itkin kimi axtarılan cəlilabadlının qatilinə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 12:45

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Bütün xəbərlər
Dünən, 12:10

Lənkəranın bu küçəsinin sakinləri problemlər burulğanında

Bütün xəbərlər
Dünən, 11:35

Masallının yetişdirdiyi böyük səs – Baloğlan Əşrəfov

İqtisadiyyat
Dünən, 11:00

Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Bütün xəbərlər
Dünən, 10:20

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Kriminal
Dünən, 09:44

Astara gömrük postunda külli miqdarda heroin və "metadon" həbləri aşkar edilib

Bütün xəbərlər
Dünən, 09:00

Saatlıda yol qəzasında 5 yaşlı uşaq həyatını itirdi

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:05

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Cəmiyyət
07 oktyabr 2026, 17:48

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Bütün xəbərlər
07 oktyabr 2026, 17:28

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Cəmiyyət
07 oktyabr 2026, 16:20

19 yaşlı şəhid Musa Mustafayevin anım günüdür

Bütün xəbərlər
07 oktyabr 2026, 15:30

Salyanda nar bağları məhv olur: məhsul ağacda çürüyür - VİDEO

Bütün xəbərlər
07 oktyabr 2026, 14:50

Masallıda 5 kənd qazsız qalacaq

Oxşar xəbərlər