“Azərişıq” ASC Cənub zonasında elektrik şəbəkəsini yeniləyir. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 may tarixində Qafqazinfo.az-a istinadən verir.
Hazırda yenidənqurma işləri Cəlilabadın Günəşli və Axtaxana kəndlərində davam etdirilir. Zərbiəli kəndində isə işlər tamamlanmaq üzrədir.
Masallı rayonunun 4 kəndində – Şərəfə, Ağakişibəyli, Babaser, Köhnə Alvadıda elektrik şəbəkəsi yenidən qurulur. Rayonun ən böyük kəndlərindən biri olan Ərkivanda da işlərə start verilib.
Eləcə də 1200 abonentin yaşadığı Astaranın Şiyəkəran kəndində 0,4 və 10 kV-luq elektrik xətləri və dayaqlar əsaslı yenilənir.