top
Cənub bölgəsində bazarlardan yoxa çıxan yerli fındıq - Məhsuldarlıq niyə azalır?
05 aprel 2025, 06:17
- ↺ +

Cənub bölgəsində bazarlardan yoxa çıxan yerli fındıq - Məhsuldarlıq niyə azalır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illərdə ölkənin cənub zonasında, əsasən də Biləsuvar və Cəlilabad rayonlarında fındıq istehsalı sürətlə azalmaqdadır.

Bu barədə Report.az-a sözügedən rayonların sakinləri bildiriblər.

Onların sözlərinə görə, hazırda yerli fındığı Zaqatala-Qax bölgəsindən gətirilən məhsullar əvəz edir.

Sakinlər qeyd ediblər ki, sözügedən bölgədən gətirilən məhsulun görünüşü xoş olsa da, yerli fındıqla müqayisədə həm dadı fərqlidir, həm də çox bahadır.

"Vaxtilə kiloqramı 2 manata satılan yerli fındıq indi bazarlarda tapılmır. Əvəzində isə Zaqatala-Qax bölgəsindən gətirilən fındığın satış qiyməti 7 manatdan başlayır", - onlar vurğulayıblar.

Məsələ barədə bioloq Vidadi Məmmədov sakinlərin yerli fındıqla bağlı söylədiklərini təsdiqləyib.

O qeyd edib ki, özünəməxsus dad müxtəlif meyvələri bir-birindən fərqləndirən əsas xüsusiyyətdir:

“Əlbəttə, yerli və başqa regionlarda yetişdirilən meyvələr arasında ciddi fərq var. Belə ki, cənub zonasında becərilən yerli fındıq məhsulu kiçik və gözəgəlimli olmasa da, yağlılığına və uzun müddət sağlam qalmaq baxımından digər ərazilərin fındığından kəskin fərqlənir.

Ümumiyyətlə, son dövrlərdə Muğan-Aran bölgəsində ərik, şaftalı, badam, fındıq və sair bitkilərin məhsuldarlığı kəskin azalıb. Bunun əsas səbəbi torpaqda və suda bitkilər üçün zəruri olan mineralların azlığıdır. Bu problem nəticədə ağacların qurumasına səbəb olur. Digər tərəfdən, fındıq bitkisi rütubətli, eyni zamanda, isti iqlim şəraitində daha məhsuldar olur".

Mütəxəssis əlavə edib ki, Azərbaycanda fındıq əsasən Zaqatala, Balakən və Xaçmaz rayonlarında daha effektiv yetişdirilir. Aran-Muğan zonasında yerli şəraitə uyğunlaşmış fındığın isə əvvəlki məhsuldarlığı yoxdur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Oxşar xəbərlər