“Azəriqaz” İB Lənkəran, Astara, Cəlilabad və Lerik rayonlarında “Açıq mikrofon” aksiyasını keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 fevral tarixində verir.
Belə ki, aksiya:
- 12 fevral saat 11:00-12:00 aralığında Astara rayonu, Burzubənd kəndində, Vovada kənd modul tipli ibtidai məktəbinin qarşısında;
- 13 fevral saat 14:00-15:00 aralığında Lerik rayonu, Qələbin kənd ümumi orta məktəbinin qarşısında;
- 15 fevral saat 11:00-12:00 aralığında Lənkəran şəhərinin Aşağı Apu kəndində, şəhid Qabil Babayevin evinin qarşısında;
- 16 fevral saat 11:00-12:00 aralığında Cəlilabad rayonu, Xanəgah kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində təşkil olunacaq.