Lənkəran Gənclər Evinin və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin könüllüləri arasında görüş baş tutub. Bu haqda bu gün, 12 fevral tarixində Cenublu.az xəbər verir.
"Həmrəy könüllü" layihəsi çərçivəsində keçirilən toplantıda mübadilə proqramı haqqında və gənclərin görəcəyi işlər barədə məlumat verilib. Daha sonra il ərzində həyata keçiriləcək tədbirlərin daha effektiv və səmərəli olması üçün atılan addımlar barədə fikir mübadiləsi aparılıb.
Yekunda könüllülərin sualları cavablandırılıb.