top
Cənub bölgəsi üzrə epizootoloji monitorinqlər keçiriləcək
09 fevral 2024, 06:38
- +

Cənub bölgəsi üzrə epizootoloji monitorinqlər keçiriləcək

Lənkəran, Cəlilabad və Masallı rayonlarında quş qripi xəstəliyindən qorunmaq məqsədilə monitorinqlər həyata keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 fevral tarixində verir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunacaq yoxlamalar 12-16 fevral tarixlərində keçiriləcək. Epizootoloji monitorinq zamanı Lənkəran rayonundakı Qızılağac Milli Parkında vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin həmin müddətdə Lənkəran, Cəlilabad, Masallı rayonlarında quşçuluq müəssisələrində, o cümlədən Lənkəran, Masallı rayonlarının ailə təsərrüfatlarında ev quşlarından diaqnostik nümunələr götürüləcək.

Eyni zamanda ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək.

Bundan əlavə, xırdabuynuzlu heyvanların quduzluq və vəba xəstəliklərinə dair müşahidələrin aparılması, xəstə və ya ölmüş heyvanlar aşkar edildikdə diaqnostik nümunələrin götürülməsi planlaşdırılır.

Yoxlamalarda Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:00

Müəllimlərin maaşı ilə bağlı yeni təklif - Şagirdlərin nəticəsinə görə hesablanacaq?

Cəmiyyət
Dünən, 18:12

IV ixtisas qrupunda ən çox dövlət sifarişli yer Tibb ixtisasına ayrılıb

Bütün xəbərlər
Dünən, 17:36

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Bütün xəbərlər
Dünən, 16:33

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Kriminal
Dünən, 16:01

Bacısı qızının nişanında qızılları OĞURLADI: Konfet kağızına büküb apardı

Kriminal
Dünən, 15:02

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

Cəmiyyət
Dünən, 14:01

Yol polisi velosipedçilərə müraciət edib

Kriminal
Dünən, 13:03

İmişlidə balıqçı Araz çayında boğuldu

İqtisadiyyat
Dünən, 12:30

Azərbaycanda 7 ayda xarici vətəndaşlara 5 milyon manatdan çox ƏDV qaytarılıb

Cəmiyyət
Dünən, 12:00

21 yaşlı cəlilabadlı şəhidimizin ad günüdür

İdman
Dünən, 11:00

Toral Bayramov "Bursaspor"da ilk rəsmi oyununa çıxdı

Cəmiyyət
Dünən, 10:00

Sabah Astarada qaz olmayacaq

Cəmiyyət
Dünən, 09:35

59 yaşlı sabirabadlı ehtiyatsızlıqdan öldü

Siyasət
Dünən, 09:01

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 10 %-ə yaxın azalıb

Bütün xəbərlər
08 avqust 2026, 17:15

Abituriyentlərin yarıdan çoxu kəndlərdən müraciət edib

Kriminal
08 avqust 2026, 16:32

Kafedə xanıma kobudluq etdi, döyüldü - MƏHKƏMƏ

İqtisadiyyat
08 avqust 2026, 15:50

Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?

Kriminal
08 avqust 2026, 15:10

Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

İqtisadiyyat
08 avqust 2026, 14:35

Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək

Bütün xəbərlər
08 avqust 2026, 14:00

Sabah hava necə olacaq?

Kriminal
08 avqust 2026, 13:20

Ötən gün Azərbaycanda 61 cinayətin üstü açılıb

Bütün xəbərlər
08 avqust 2026, 12:42

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Bütün xəbərlər
08 avqust 2026, 12:27

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Bütün xəbərlər
08 avqust 2026, 11:56

Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı

Oxşar xəbərlər