Azərbaycanı "Avroviziya 2024" mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) və müğənni İlkin Dövlətov təmsil edəcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 mart tarixində verir.
Bununla bağlı İlkin Dövlətov öz sosial media hesabında “Avropa, gözlə, muğam gəlir”, – deyə bildirib.
Belə ki, o, beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnının muğam hissəsini ifa edəcək.
Qeyd edək ki, İlkin Dövlətov əslən Cəlilabad rayonunun Muğan kəndindəndir.
Xatırladaq ki, "Avroviziya 2024" bu il 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.