Rusiyada yaşayan cəlilabadlı iş adamı Rahim Rüstəm oğlu Cəfərov dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 fevral tarixində verir.
67 yaşlı iş adamının hansı səbəbdən öldüyü məlum deyil. Mərhum Rusiyada torpağa tapşırılıb.
Qeyd edək ki, Rahim Cəfərovun Rusiyada bir neçə restoranı və ticarət mərkəzi olub.