Cəlilabad rayonunun Qarakazımlı kəndində yerləşən tibb məntəqəsi yararsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində verir.
5 kəndin 5500 sakini üçün xidmət göstərən Qarakazımlı tibb məntəqəsinin vəziyyəti sakinləri narahat edir. Onlar aidiyyəti qurumların məsələni həll etməsini istəyirlər.