Cəlilabad Rayon Mənzil İstismar Sahəsi tərəfindən abadlıq-quruculuq işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 aprel tarixində verir.
Belə ki, Mənzil İstismar Sahəsinin balansında olan H.Əliyev prospektindəki 182 saylı yaşayış binasının ərazisində otbiçmə və Z.Əliyeva küçəsində divar və hasarların, ağac gövdələrinin əhənglənmə işləri həyata keçirilib.