Cəlilabad rayonunda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyun tarixində verir.
Hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları 10 kv.m sahədə və içərisinə yığılan 1,5 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.