Cəlilabad rayonunda tövlə və ona bitişik talvar alovlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 fevral tarixində verir.
Yanğın hadisəsi Abdullu kəndində baş verib. Ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Həmçinin ümumi sahəsi 47 kv.m olan bitişik talvarın taxta atmaları və altına yığılan 2 ton ot bağlaması alışıb. Tövlə və talvarın qalan hissəsi yanğından mühafizə edilib.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.