Cəlilabadda sürücü yol qəzasında xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində Apa.az-a istinadən verir.
Köhnə Ələt–Astara magistralının Cəlilabad ərazisindən keçən hissəsində "Qazel" markalı yük maşını idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çarpılıb. Daha sonra nəqliyyat vasitəsi bir neçə dəfə aşıb. Xəsarət alan sürücü xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.