Cəlilabadda 14 yaşlı oğlan qızılcadan həyatını itirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 fevral tarixində Qafqazinfo.az-a istinadən verir.
Alar kənd sakini Yusif İbayev qızdırma əlamətləri ilə xəstəxanaya aparılıb. Lakin yeniyetmə xəstəliyin fəsadlarından dünyasını dəyişib.
Xatırladaq ki, ötən gün Astarada 6 yaşlı uşaq qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılca səbəbindən ölüb.