Cəlilabad rayonunun Moranlı kəndində yanğın hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyun tarixində verir.
Ümumi sahəsi 104 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılan 14 ton ot bağlaması yanıb. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Alov söndürülüb.