Cəlilabadda mikroavtobus qəzaya düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyun tarixində Report.az-a istinadən verir.
Rayonun Qarazəncir kəndində "Ford" markalı mikroavtobus ilə "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Mikroavtobusda olan sərnişinlər toydan qayıdırdılar.
Faktla bağlı araşdırma aparılır.