Cəlilabadda su bəndində 2 nəfər boğulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyun tarixində Report.az-a istinadən verir.
Hadisə günorta saatlarında Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Axtarışlara cəlb olunan FHN-in dalğıc-xilasediciləri tərəfindən kənd sakinləri – 16 yaşlı Nihad Aşurov və 20 yaşlı İbrahim Həsənovun meyitləri çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.