Cəlilabad rayonunda mağazadan oğurluq edən 2 şəxs yaxalanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 yanvar tarixində verir.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki mağazaların birindən 970 manat oğurlamaqda şübhəli bilinən Alar kənd sakinləri – Ş.Mirzəyev və əvvəllər məhkum olunmuş V.Məsimov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.