Cəlilabadda "Vətənimizin Müdafiəçiləri" adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyun tarixində verir.
26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş yığıncaq Peşə təhsil Mərkəzində baş tutub. İlk öncə Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər Silahlı Qüvvələrin Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü və xalqın azadlığını qorumasından söhbət açıblar.
Toplantı Cəlilabad 2 saylı şəhər klubunun təşkilatçılığı ilə reallaşıb.