Cəlilabad Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində verir.
Konfransda rayon başçısı Rafiq Cəlilov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Tədbirdə çıxış edən şuranın sədri Ədalət Əsgərov və digər natiqlər rayon ağsaqqallarının fəaliyyətindən bəhs ediblər. Həmçinin respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından və Azərbaycan Ağsaqqallar Şurasının prioritetlərindən, qarşıya qoyduğu əsas məqsədlərdən söz açılıb.
İcra başçısı ağsaqqalların bundan sonra da rayonun ictimai-mədəni həyatında yaxından iştirak edəcəklərinə əmin olduğunu bildirib.