Cəlilabadda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar rəsm müsabiqəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir.
Uşaqlar arasında keçirilən müsabiqə Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. İştirakçılar sağlam gələcək üçün təmiz və yaşıl dünya təsvirlərini çəkiblər.
Sonda fərqlənən şagirdlərə təşəkkürnamələr təqdim olunub.