Cəlilabad rayonunda qoyun oğurluğu hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər zamanı fərqli vaxtlarda 6 həyətyanı sahədən ümumilikdə 11 baş qoyun oğurluğu qeydə alınıb. Nəticədə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Elgün Şahmarov, Əli Mirzəyev və Bəhruz Əlizadə müəyyən olunaraq saxlanılıblar.