Cəlilabadda ötən ilin noyabr ayından bu günədək 339 nəfər qızılca virusuna yoluxub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində Report.az-a istinadən verir.
Belə ki, xəstəliyə yoluxanların 236 nəfəri 18 yaşdan kiçiklər, 103 nəfəri 18 yaşdan böyüklərdir.
Hal-hazırda aktiv xəstə sayı 73 nəfərdir.
Ötən il dekabrın 1-dən peyvənd vurulan uşaqların sayı 2104 nəfərdir.
Qeyd edək ki, ötən gün daha 17 nəfər bu xəstəliyə yoluxub.