Cəlilabad rayonu üzrə ötən ilin noyabr ayından bu günədək 391 nəfər qızılca virusuna yoluxub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində verir.
Onlardan 259 nəfəri 18 yaşdan kiçiklər və 132 nəfəri 18 yaşdan böyüklərdir. Hazırda 89 aktiv xəstə müalicə olunur.
Qeyd edək ki, ötən həftə bu xəstəliyə yoluxma sayında artım müşahidə olunub. Belə ki, bir gündə 17 nəfərdə virus aşkarlanıb. Sonuncu yoluxma halı yanvarın 21-də qeydə alınıb.