Cəlilabadda tələbə qız qızılca xəstəliyindən dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 yanvar tarixində Report-a istinadən verir.
Sevil İbayeva bu gün Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Sabirabad kənd sakini dekabrın 26-dan xəstəxananın infeksion xəstəliklər şöbəsində müalicə alırdı.
Gənc Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alırdı.