Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 may tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verir.
Polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin, ödəmə terminallarının və bankomatların yaxınlığında məlumatverici lövhələr asılıb. Həmçinin vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, onlara kibertəhlükəsizlik qaydaları ilə bağlı tövsiyələr verilib.