Cəlilabad rayonu 3 nömrəli tam orta məktəbində şagirdlərlə maarifləndirici tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində verir.
"Narkomaniya ümumbəşəri bəladır!" adlı görüşdə Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qaray qeyd edib ki, narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasətində böyük rol oynayır. Belə ki, tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasıdır.
Yəkunda məktəblilərin sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib.