Cəlilabad rayonunun dağlıq kəndlərində ilk qar müşahidə edilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində Bizim.media-ya istinadən xəbər verir.
Belə ki, hal-hazırda Xanəgah, Pərdi, Kövuzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Badamağacı, Şatırlı və Buravar kəndlərində qar yağmağa davam edir. Qarın hündürlüyü 5 sm-ə çatıb.