Cəlilabadda Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar rəsm sərgisi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində verir.
Sərgi Cəlilabad Dövlət Rəsm Qalereyasında təşkil olunub. Burada dərnək üzvlərinin və şəhər 2 saylı məktəb şagirdlərinin əl işləri sərgilənib.
Tədbirdə qalereyanın kiçik elmi işçisi Sadiq Bayramov Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verib.