Cəlilabadda yaşayış evlərindən oğurluqlar edən şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 may tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verir.
Hadisə Göytəpə qəsəbəsində baş verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Elşən Bayramov saxlanılıb. O, evdən 1000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinir. Əlavə araşdırmalarla onun həmin qəsəbə ərazisində yerləşən daha 2 evdən də oğurluq etdiyi müəyyən edilib.
Fakt araşdırılır.