Cəlilabadda sahələrdə yetişdirilən kartofun yığımı davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində Report.az-a istinadən verir.
Kartof yığımı 1 aydan çoxdur ki, həyata keçirilir. Məhsul Rusiya bazarları ilə yanaşı, Gürcüstan, Maldova və Ukraynaya da ixrac olunur. Hazırda kartofun kiloqramı fermerlərdən 40-60 qəpiyə alınır.
Bu günə qədər təsərrüfatlarda istehsal olunan 38 min tondan çox məhsulun 30 mindən çoxu xarici bazarlara göndərilib. Bu il rayonda 3 min hektar sahədə kartof əkilib.