Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2024-cü ilin iyul ayında baş tutacaq səyyar qəbullarının qrafiki təqdim olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində verir.
Belə ki, görüşlər:
- 3 iyul saat 11:00-da Vənlik kənd ümumi orta məktəbinin ərazisində;
- 10 iyul saat 11:00-da Zərbəli kənd ibtidai orta məktəbinin ərazisində;
- 17 iyul saat 11:00-da Hacıməmmədli kənd tam orta məktəbinin ərazisində;
- 24 iyul saat 11:00-da Məmmədrzalı kənd tam orta məktəbinin ərazisində baş tutacaq.