Cəlilabad rayonu "N" saylı hərbi hissədə konsert proqramı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində verir.
Mədəniyyət Mərkəzinin, Göytəpə şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə tədbiridə Lənkaran–Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə böyük mühasibi Elnur Atakişiyev çıxış edərək əsgərləri Qurban bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib. Sonra konsert proqramı mədəniyyət mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları ilə davam edib.