Cəlilabadda hərbi qulluqçularının övladları üçün ödənişsiz həkim müayinəsi həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyun tarixində verir.
Müayinə Masallı Bioloji Təbabət Klinikasının həkim-mütəxəssisləri tərəfindən aparılıb. Aksiyada pediatr, travmatoloq-ortoped, fizioterapevt, stomatoloq, klinik psixoloq sahələri üzrə mütəxəssislər iştirak ediblər.