Cəlilabad rayonunun Uzuntəpə kənd Mədəniyyət Evində "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək" mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində verir.
Tədbirdə çıxış edənlər narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.