Cəlilabad rayonunun Şorbaçı kəndində 3 otaqlı ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 may tarixində Report.az-a istinadən verir.
Ümumi sahəsi 108 kvadratmetr olan tikili Güldərən Mansurovaya aiddir. Hadisə yerinə yanğınsöndürənlərin cəlb olunmasına baxmayaraq, birmərtəbəli 3 otaqlı ev içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.