Cəlilabadda birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 fevral tarixində verir.
Yanğın şəhərin Cavadxan küçəsində qeydə alınıb. Ümumi sahəsi 90 kv.m olan evin yanar konstruksiyaları alışıb. Həmçinin evə bitişik ümumi sahəsi 6 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Evə bitişik talvar alovdan mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.